Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Jerar Depardye ƏLCƏZAİRƏ köçmək niyyətindədir

“Tezliklə Əlcəzairdə yaşayacağam, Əlcəzair şəhərini seçmişəm”.

Fransız aktyor Jerar Depardye Əlcəzairə köçmək niyyətini açıqlayıb.

Din.az Report.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun özü bildirib.

“Tezliklə Əlcəzairdə yaşayacağam, Əlcəzair şəhərini seçmişəm. Bu, möhtəşəm ölkədir”, – J.Depardye deyib.

O, Əlcəzairin tarixinə maraq göstərdiyini vurğulayıb və savadsız fransızlar tərəfindən işğal edilən bu ölkənin sakinlərinin ağıllı olduğunu qeyd edib.

Aktyor həmçinin hər yerdə bir az yaşadığını bildirib.

Qeyd edək ki, J.Depardyenin Rusiya və Belçika vətəndaşlığı var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...