Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Jirinovski müsəlman qaydasıyla qoç kəsdi -VİDEO

Jirinovski qoyunu özü kəsmək istədiyini bildirdi.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İslam qaydalarına uyğun olaraq qoyun kəsib.

Din.az bildirir ki, bu haqda “Pamir TV” xəbər yayıb. Maraqlı olay rusiyalı siyasətçinin Tacikistana səfəri zamanı baş verib. Taciklərin ənənəsinə görə, hörmətli qonağın şərəfinə qoç kəsilərək ona milli xörəklər verilməlidir. Bunu bilən Jirinovski qoyunu özü kəsmək istəyini bildirib. Bu minvalla LDPR lideri kəsilmə zamanı heyvanın ətinin halal olmaq üçün zəruri şərtləri yerinə yetirməklə və ən başlıcası, “Bismillahir Rəhmani Rəhim” (Rəhman və Rəhim Allahın adı ilə) sözlərini söyləyərək heyvanın başını kəsib.

Taciklər rusiyalı siyasətçiyə milli yeməkləri olan kurutobdan da daddırıblar. Daha sonra isə Rusiya parlamentinin fraksiya rəhbəri, özünün dediyinə görə, həyatında ilk dəfə üzüm yığımında da iştirak edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...