Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Jurnalistlər Muhəmməd Salahı məscidə buraxmadı

Məhəmməd Salah fanatlar və jurnalistlər üzündən bayram namazını qıla bilməyib.

Futbol üzrə Misir millisinin hücumçusu Muhəmməd Salah fanatlar və jurnalistlər üzündən bayram namazını qıla bilməyib.

Din.az xəbər verir ki, valideynlərinin yaşadığı ev futbol həvəskarları və media nümayəndələri tərəfindən “mühasirə”yə alındığından Salah evdən çıxa bilməyib və nəticədə məscidə getməyib.

Futbolçu ona namaz qılmağa mane olan insanları tənqid edib.

“Bəzi jurnalistlər və sadə insanlar elə ediblər ki, insan evindən çıxa və gedib bayram namazını qıla bilmir. Bunun pərəstiş etdiyin insana sevgiyə aidiyyəti yoxdur. Bunun adı şəxsi həyata olan haqqa hörmətsizlik və peşəkarlığın olmamasıdır”, – o vurğulayıb. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...