Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kabildə din xadimləri hədəf alındı: 8 ölü, 9 yaralı

Terrorçular bir araya toplaşan din adamlarını hədəf aldılar.

Əfqanıstanın paytaxtı Kabildə növbəti terakt törədilib.

Din.az xəbər verir ki, terrorçular bir araya toplaşan din adamlarını hədəf alıb. Hücum zamanı azı 8 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Ölülərin sayının artması ehtimal edilir.

Qeyd edək ki, hücum Əfqan Üləma Məclisinin görüşünə edilib. Teraktdan sonra din xadimləri hücum əleyhinə fətva ilə çıxış ediblər.

Partlayışı hələlik heç bir terror qrupu öz üzərinə götürməyib. / Qaynarinfo

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...