Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kabildə məscid yaxınlığında terror aktı törədilib

Terrorçu-kamikadze avtomobili məscidin yaxınlığına sürərək partladıb.

Əfqanıstanın paytaxtı Kabilin Mossalla-Mazari rayonunda avtomobil məscid yaxınlığında partladılıb.

Din.az xəbər verir ki, terrorçu-kamikadze avtomobili məscidin yaxınlığına sürərək partladıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb, beş nəfər yaralanıb.

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...