Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kadırov: Bura qadınların yeri deyil

“Çeçen siyasətçilərinə kişi kollektivində işləmək daha asandır.”

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qadınların qanunverici və icra hakimiyyəti orqanlarında təmsil olunmasının əleyhinə çıxış edib.

Din.az xəbər verir ki, mətbuat konfransı zamanı TASS müxbirinin Çeçenistan hökuməti və parlamentində qadınların təmsil olunmamasının səbəbləri haqqında sualına cavab verən Kadırov məsələyə müsbət baxmadığına işarə edib.

O, Çeçenistan parlamentinin sədrinə zarafatla “Sizə həmkar lazim deyilmi?” verdiyi suala cavabında “Elə məsələlər var ki, qadınlar onları bilməməlidir” eşidib.

Kadırov qeyd edib ki, çeçen siyasətçilərinə kişi kollektivində işləmək daha asandır. O bildirib ki, əvvələr Çeçenistan hökumətində iki qadın təmsil olunub.

“Görünür bacarmadılar”, – deyə Kadırov vurğulayıb. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...