Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kadırov qəzada ölən 7 nəfərin dəfni ilə bağlı qadağa qoydu

Çeçenistan rəhbəri Ramzan Kadırov imam və mollaları yol qəzasında ölən sərxoş sürücülər üçün cənazə namazı qılmamağa çağırıb.  “Din.az” “oxu.az”a istinadən xəbər verir ki, çeçen liderinin fikrincə bu insanlar şəriət qanunları ilə dəfn edilməyə layiq deyillər. “Əgər insan sərxoş vəziyyətdə qəza törədərək ölübsə, din xadimləri onun dəfni ilə məşğul olmalıdırlar. Cəmiyyət dəqiq anlamalıdır ki, bu insan bilərəkdən və qəsdən cinayət törətməyə […]

Çeçenistan rəhbəri Ramzan Kadırov imam və mollaları yol qəzasında ölən sərxoş sürücülər üçün cənazə namazı qılmamağa çağırıb. 

“Din.az” “oxu.az”a istinadən xəbər verir ki, çeçen liderinin fikrincə bu insanlar şəriət qanunları ilə dəfn edilməyə layiq deyillər.

“Əgər insan sərxoş vəziyyətdə qəza törədərək ölübsə, din xadimləri onun dəfni ilə məşğul olmalıdırlar. Cəmiyyət dəqiq anlamalıdır ki, bu insan bilərəkdən və qəsdən cinayət törətməyə meyl edib”, – Kadırov bildirib.

Xatırladaq ki, daha öncə Kadırov bəyan edib ki, sükan arxasında olan sərxoş sürücü, terrorçu qədər təhlükəlidir.

Qalmaqala səbəb isə Çeçenistanda noyabrın 28-də ba verən qəza olub. Qəza zamanı yeddi nəfər ölüb. Bundan sonra respublikada sahibkarların təşəbbüsü ilə bütün spirtli içki satan obyektlər bağlanıb. KİV-in verdiyi məlumata görə, faciənin səbəbkarının ailəsi Çeçenistanı tərk edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...