Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kadırov Stalini lənətlədi

Onlar yalnız Allaha inamları sayəsində sağ qaldılar.

Çeçeristan lideri Ramzan Kadırov İosif Stalinə lənət oxuyub.

Din.az xəbər verir ki, 1944-cü ildə inquş və çeçen xalqlarının deportasiyasını yada salan Kadırov bunu Stalinin çeçenlərə qarşı ən böyük cinayəti adlandırıb.

“Tarixdə çeçen xalqına qarşı çoxlu hücumlar olub. Amma bu hücumların heç biri Stalinin (Allah ona lənət eləsin) repressiyaları ilə eyni ola bilməz”.

O, sürgün olunan insanların çoxunun aclıq və xəstəlikdən öldüyünü xatırlayıb və yalnız Allaha inamları sayəsində sağ qaldıqlarını deyib.

1944-cü il fevralın 23-də İosif Stalinin göstərişi ilə çeçen və inquş xalqları antisovet fəaliyyətlərinə görə Mərkəzi Asiyaya sürgün edilmişdilər. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...