Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

KADIROVDAN ARAKAN AÇIQLAMASI: “BMT ƏSL ÜZÜNÜ GÖSTƏRDİ”

“İslama etiqad edən bu xalq hökumətin icazəsi ilə təzyiqlərə məruz qalır”.

Myanmada Roxinya xalqına qarşı genosid dünya ictimaiyyətinin buna müdaxiləsini tələb edir.

Din.az bildirir ki, bu sözləri özünün “Vkontakte” səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

“İslama etiqad edən bu xalq hökumətin icazəsi ilə təzyiqlərə məruz qalır. Belə bir zamanda onların müdafiəsinə ilk növbədə qalxmalı olan BMT sadəcə öz narahatlığı ilə bağlı açıqlama verməklə kifayətlənir. Bu, BMT-nin əsl üzüdür. O, artıq dünyada bir neçə ölkənin maraqlarına cavab verməyən heç bir problemi həll etmək gücündə deyil” – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...