Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KADIROVDAN RUSİYAYA SƏRT MESAJ – ƏGƏR RUSİYA MYANMADA “CİNAYƏTLƏR TÖRƏDƏN” “ŞEYTANLAR”I DƏSTƏKLƏSƏ- VİDEO

“Üç günə bir neçə min adam öldürülür, hamı susur”.

Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün Instagram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, dünən Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Din.az A24.Az-a istinadən xəbər verir ki, Kadırov öz çıxışında Rusiya KİV-i fəaliyyətsizlikdə ittiham edib. “Avropada haradasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”, – Kadırov bildirib.

O həmçinin qeyd edib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verə bilməz. Lakin onu da əlavə edib ki, əgər Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq.

“Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm ki, bu gün heç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”, – Kadırov bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...