Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kadırovun Latviyaya girişinə qadağa qoyuldu

49 şəxsin Latviyaya səyahəti qadağan olundu.

Çeçenistan lideri Ramzan Kadırov və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Serqey Maqnitski” işi ilə əlaqədar, Latviyaya girişi qadağan olunan şəxslərin siyahısına daxil edilib.

Din.az xəbər verir ki, bu barədə Latviya KİV məlumat yayılıb.

Bundan əvvəl fevralın 22-də Latviya xarici işlər naziri Edqar Rinkeviç öz “twitter” hesabında, 49 şəxsin Latviyaya səyahətinin qadağan olunduğunu göstərən yazı paylaşmışdı.

Nazir bildirmişdi ki, qadağa Latviyanın miqrasiya qanunun 61-ci maddəsinin 2-ci hissəsi və baş nazirin 22 fevral tarixli qərarına uyğun olaraq seymin “Maqnitski işi” üzrə sanksiya çağırışı əsasında tətbiq olunub.

Siyahıya Çeçenistan lideri Ramzan Kadırov, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Böyük Britaniya prokurorluğu tərəfindən keçmiş FTX zabiti Aleksandr Litvinenkonun ölümündə təqsirləndirilən keçmiş Rusiya xüsusi xidmət orqanı əməkdaşı Andrey Luqovoy və digər şəxslərin adları daxil edilib.

Layihə seymin xarici işlər üzrə komissiyası tərəfindən hazırlanıb.

Xatırladaq ki, fevralın 8-də seym hökuməti hüquqşünas Sergey Maqnitskinin işi ilə əlaqədar şəxslərə qarşı sanksiya tətbiqinə çağırıb. Qanun layihəsində seymin deputatları Rusiyanı Maqnitskinin ölümünün lazımı səviyyədə araşdırmamaqda ittiham edib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...