Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Kanada polislə çalışan hicablı qadınlarla bağlı qərar – VİDEO

Share Button

Müsəlman qadınlara hicab taxmağa icazə verildi

Kanadada polislə çalışan müsəlman qadınlara hicab geyinilməsinə icazə verilib.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Skot Bardesli bildirib.

Polis uniformasında bu dəyişikliyin edilməsinə dair qərar Kanada kral jandarmeriyasının komissarı tərəfindən verilib. Nazirlik nümayəndəsinin sözlərinə görə, qərar müsəlman qadınların hüquq-mühafizə orqanlarında xidmətə sövq etmək məqsədi ilə qəbul olunub.

Məlumata görə, qərar qəbul etməzdən əvvəl polis rəhbərliyi üç cür hesabı nəzərdən keçirib və qadınların xidmət zamanı rahat hərəkət etməsinə mane olmayana baş örtüyündən istifadə edilməsini tövsiyyə edib.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir