Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kanadada kilsədə atışma: Ölən və yaralananlar var

İsa Məsih kilsəsində dini ayin zamanı atışma baş verib.

Kanadada kilsəyə silahlı hücum olub.

Din.az xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası ştatının Salmon Arm şəhərində yerləşən İsa Məsih kilsəsində dini ayin zamanı atışma baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edilir ki, 25 yaşlı kişi xristian məbədinə daxil olaraq buradakı insanlara bir neçə dəfə atəş açıb.

Cani polis tərəfindən tutulub; onun adı açıqlanmır.

İlkin məlumata görə, cinayət dini motivlə əlaqəli deyil.

Polisdən bəyan ediblər ki, həbs edilmiş şəxs qurbanlarından ən azı biri ilə tanış idi. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...