Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kanadada məscidə hücum edən şəxs ömürlük azadlıqdan məhrum edilib

Məsciddə 6 nəfərin ölümü ilə nəticələnən terror aktının günahkarları cəzalandırılıb.

2017-ci ildə Kanadanın Kvebek-Siti şəhərində məsciddə 6 nəfərin ölümü ilə nəticələnən terror aktının 29 yaşlı icraçısı Aleksandr Bissonnett cümə günü ömürlük həbs cəzasına məhkum edilib.

Din.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, kişi ən azı 35 il həbsxanada cəza çəkdikdən sonra təcili qaydada şərti azadlığa çıxmaq üçün ərizə ilə müraciət edə bilər.

Bissonnett 29 yanvar 2017-ci il tarixində Kvebek-Siti məscidinə gələnlərə atəş açıb. Nəticədə 6 nəfər ölüb, 19-u yaralanıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...