Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kanadada Mevlana Məscidi ibadətə açıldı – FOTO

Məsciddə hər gün təqribən 80 nəfərə iftar verilir

Kanadanın Toronto şəhərində Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə inşa edilən Mevlana Məscidi ibadətə açılıb.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aziz Mahmud Hüdayi Vəqfi Toronto Mevlana Məscidinin sədri Ahmet Cengizhan Dereci verdiyi açıqlamada, yaşadıqları bölgədə müsəlmanların məscid sıxıntısı çəkdiyini söyləyib.

Bir müddətdir məscid axtarışında olduqlarını deyən Dereci, “Nəhayət, bir neçə ay əvvəl bu binanı tapdıq. Aziz Mahmud Hüdayi Vəqfi ilə mənəvi olaraq könül bağımız var. Böyüklərimiz də ipoteka və faizə girmədən bu binanı almaq üçün bizə 600 min dollar məbləğində dəstək verdi” – deyə qeyd edib.

Məscidin xalça və plitələrinin Türkiyədən gətirildiyini bildirən Dereci, daha sonra bunları bildirib:

“Ramazandan əvvəl qardaşlarımızla tez bir zamanda işə başlayıb, “məscid tam bitməsə belə ibadətə açaq” dedik. İçərisindəki təmir işlərininin böyük bir hissəsini edib, məscidimizi Ramazani-Şərifin ilk təravih namazına çatdırdıq. Məscidimizin mətbəxində hər gün Hüdai plovu bişir və hər gün burada təqribən 70-80 nəfərə iftar verilir. 5 vaxt namazımızı, cümə namazlarımızı qılırıq. İnşallah bayramda da böyük bir nahar təşkil edəcəyik”.

Dereci, məsciddə həftə sonları uşaqlar üçün Quran, türkcə və elmi dərslər verdiklərini, yay kursları təşkil edəcəklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Torontoda Mevlana Məscidindən başqa orada türklərə aid daha 4 məscid də var.

kanada-cami_2704

kanada-cami_9223

kanada-da-mevlana-camii-ibadete-acildi-1466321766

kanadada-mevlana-camisi-ibadete-acildi_13a6efe-670x330

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...