Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KANADADA NAMƏLUM ŞƏXSLƏR YENƏ MƏSCİDƏ HÜCUM ETDİ

“Xədicə Məscidi” adlı İslam Mərkəzi daşa tutulub.

Kanadanın Monreal şəhərinin Point-Sent-Çarlz rayonunda naməlum şəxs və ya şəxslər “Xədicə Məscidi” adlı İslam Mərkəzini daşa basıblar.

“Din.az” xəbər verir ki, bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib.

Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb.

A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir.

Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atıb, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kanada polisi fransız-kanadalı tələbəni Kvebek vilayətindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.

Xatırladaq ki, bu il yanvarın 31-də Kanada vətəndaşı 27 yaşlı Aleksandr Bissonnettenin gecə saatlarında Kvebek İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı məscidə silahlı basqını nəticəsində 6 nəfər ölmüş,19 nəfər isə müxtəlif dərəcədə xəsarət almışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...