Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kanadada qadağaya baxmayaraq azan oxundu – FOTO

“MuslimFest 2016” böyük marağa səbəb olub

Minarədən və ya səsucaldanlarla açıq sahədə azan oxunmasının qadağan edildiyi Kanadada, “MuslimFest 2016”da həftənin sonunda azan səsləri ucaldı.

“Din.az” xəbər verir ki, Toronto bölgəsindəki müsəlman şirkətlər və Avropa şirkətlərinin də iştirak etdiyi qeyri-hökumət təşkilatları tərəfindən birgə təşkil edilən festival, həftə sonu həyata keçirilib.

Məscidlərin minarələrindən və səsucaldanlarla açıq sahədə azan oxunmasının qadağan edildiyi Kanadada, iki gün davam edən festivalda günorta, ikindi, axşam və yatsı azanları açıq sahədə oxunub.

Azanları oxuyan imam Bilal Gülməz, “məsciddə hər vaxtda azan oxuyuruq. Burada Quran da oxuyuruq. Amma bu dəfə qeyri-adi hislər yaşadım. Oxuyarkən Rəbbimə, azanın sirrini bütün Kanada xalqına çatdırması üçün ürəyimdə dua etdim. İnşallah bir gün, bu bölgələrdəki məscidlərdə də açıq şəkildə azan oxunar”.

Şimali Amerikada təşkil edilən və ən böyük müsəlman festivalı olan “MuslimFest 2016”da, mehtər heyətinin çıxışları marağa səbəb olub. Festivalda hər mədəniyyətdən qida, geyim və bəzək əşyaları satılıb, uşaqlar üçün əyləncə yerləri təşkil edilib.

Festivalda, Kanadada fəaliyyət göstərən müsəlman sənət adamları da çıxış ediblər.

FOTO_9312746_290820160246360000_R_KSY_20160829000000_aa-picture-20160828-9312746

kanada-da-acik-alanda-ezan-sesi-8735910_x_3670_o

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...