Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kanadada məscid yandırıldı – FOTO

Məscidi yandıran şəxs saxlanılıb…

Kanadanın Hamilton şəhərindəki İbrahim məscidi hücuma məruz qalıb.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, Hamilton polisinin açıqlamalarına əsasən, şəhərin iki əsas prospektindən biri olan “King Street”də gecə yarısı baş verən hadisəni ətrafda yaşayan sakinlər görüblər.

Dərhal “9-1-1”ə zəng edən məhəllə sakinlərindən bəziləri evlərindəki yanğınsöndürücülərlə hadisəyə müdaxilə ediblər. Yanğını törədərək qaçan şəxs isə bəzi sakinlər tərəfindən təqib olunub. Onun yeri hadisə yerinə gələn polislərə bildirilib. Keçirilən əməliyyat zamanı məscidi yandıran və adı açıqlanmayan 34 yaşlı kişi saxlanılıb.

Törətdiyi hadisələr səbəbiylə və binaya zərər verdiyinə görə saxlanılan şəxs, lazımi tədbirlərdən sonra məhkəməyə çıxarılacaq. Son hadisə ilə birlikdə Hamilton şəhərində ilk dəfə idi ki, məscidə hücum edən şəxs ələ keçirilirdi. Hamiltonda olan altı məsciddə bundan əvvəl baş verən böyüklü-kiçikli islamofobik hücumların günahkarları tapılmamışdı.

İbrahim məscidinin rəhbəri Sayad Xosrov Haşimi, verdiyi müsahibədə bundan əvvəl dəfələrlə hücumların şahidi olsalar da sonuncu hücumun çox ciddi olduğunu bildirib. Haşimi, “Bu nifrət hücumu, eyni zamanda islamofobik hücumdur. Bizim həm məhəllə sakinləri, həm də Hamilton cəmiyyətilə gözəl münasibətlərimiz var. İndiyə qədər belə ciddi halla qarşılaşmamışdıq”.

ad5edcec75a5de9aa8b64b546ebaaeac_kanadapng_610x375

kanadada-cami-kundaklandi-257953

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...