Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kanadadakı bütün xəstə ərəblər ölkədən çıxarıldı

Kanada Ər-Riyadla münasibətləri düzəltmək üçün BƏƏ və Britaniyadan yardım istədi.

Səudiyyə Ərəbistanı Kanadadakı tibbi yardımla bağlı bütün proqramlarını dayandırıb.

Din.az xəbər verir ki, bu barədə informasiyanı Səudiyyə Ərəbistanı mətbuatı yayıb. Hazırda Kanadada müalicə alan bütün səudiyyəlilərin qonşu ölkələrə köçürüldüyü bildirilib.

“Röyter” agentliyi isə Kanadanın Ər-Riyadla münasibətləri düzəltmək üçün BƏƏ və Britaniyadan yardım istədiyini bildirib.

Qeyd edək ki, Kanada-Səudiyyə münasibətləri rəsmi Ottavanın ərəb aktivisti tutmasına görə Ər-Riyadı tənqid etməsindən sonra gərginləşib. Bundan sonra Səudiyyə Ərəbistanı Kanadadan səfirini geri çağırıb, Kanada səfirini arzuolunmaz şəxs elan edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...