Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kanadalı diplomat müsəlman oldu

Müsəlman olan diplomat adını da dəyişib

Kanada Xarici İşlər Nazirliyində işləyən diplomat Fred Jacques Montreal Türk Mədəniyyət Mərkəzində “kəlmeyi – şəhadət” gətirərək müsəlman olub.

“Din.az” xəbər verir ki, Kanadanın Montreal şəhərində Türk Mədəniyyət Mərkəzinin imam-hatibi Həmdi Salman Çətin verdiyi açıqlamada uzun illər fərqli dinləri araşdıran Fred Jacquesin müsəlman olduqdan sonra da Farid adını adlığını bildirib.

Kanada Xarici İşlər Nazirliyinin diplomatı olaraq uzun illər Hindistan, Qvineya, Özbəkistan, Küveyt, Fil Dişi sahilləri və bir çox Afrika ölkəsində vəzifədə olan Fred Jacquesin axtarışlarının 2014-cü ildə gerçəkləşdirdiyi Türkiyə ziyarəti ilə dəyişdiyini danışan İmam Həmdi Salman Çətin, “Türklərdən və İslamdan çox təsirlənib” deyə qeyd edib.

Çətin, Fred Jacquesin müsəlman olduğunu belə izah etdi…

“Fred Jacques, iki həftə bundan əvvəl telefonla zəng elədi. Müsəlman olmaq istədiyini bir türk dostu vasitəsi ilə çatdırdı. Ona, həftə sonları mərkəzimizdə iftar yeməkləri olduğunu, istəyərsə orada mərasim təşkil edə biləcəyimi söylədim. 20 iyun üçün qərarlaşdıq. Ottavada yaşayır, amma İslamı türk məscidində qəbul etmək üçün Montreala gəldi. Sağlam bir katolik ailədən gəldiyi halda bir çox dindən olan insanlarla münasibətdə olduğunu, fəqət bu dinlər içində İslamın insan fitrətinə ən uyğun bir din olduğunu və bu səbəblə müsəlman olmaq istədiyini söylədi”.

Jacquesin, Hinduizm, Buddizm, Şihizm kimi fərqli inanclarla bağlı bir çox ciddi araşdırmalar apardığını ifadə edən Çətin, “Araşdırmanı sevən, Qurani-Kərimi bir neçə dəfə başdan sona qədər araşdırıb, dinimiz İslam ilə əlaqədar yüzlərlə məqalə oxuyub” deyə bildirib.

kanadali-diplomat-islami-secti-xxcb

Anası çox təəccüblənib…

Fred Jaquesin özünə, dünyada terror ilə İslamın yan-yana gətirilərək sadəcə İslama və müsəlmanlığa deyil, insanlığa da çox zərər verildiyini ifadə edən Montreal Türk Mədəniyyət Mərkəzinin İmam-Hatibi Salman Çətin, “söhbətimizdə İslamın xüsusilə qərəzli şəxslərin manipulyasiya etməyə çalışdıqları kimi bir din olmadığını ifadə etdi. Müsəlman olmadan əvvəl anasına müsəlman olmaq istədiyini söyləmiş. Anası böyük bir təəccüblə “Are you crazy?” (Sən dəlisən?) deyərək qışqırıb. Çox açıq sözlü, səmimi olan qardaşımız bildirib”, – deyib.

Türkiyədən çox təsirlənib…

Fred Jaquesin dinlərlə əlaqədar axtarışına 2014-cü ildə getdiyi Türkiyə ziyarətində nöqtə qoyduğunu ifadə edən Həmdi Salman Çətin, “Türkiyə ziyarətindən çox təsirlənib. Türklərin nümunəvi müsəlman və çox dürüst olduğunu söyləyib. Burada 3 dəfə kəlmeyi-şəhadət gətirdi. Gətirərkən də həm özü ağladı, həm də bizi ağlatdı. Bir də hamımız birlikdə təkbir gətirib onu təbrik etdik. Ona bir də Həccdən gətirdiyim səccadə hədiyə etdim”, – deyib.

Montrealdakı xidməti vəzifəsi başa çatan Həmdi Salman Çətin, Fred Jacques ilə birlikdə 2011-ci ildən bu günə qədər 8 nəfərin müsəlman olmasına vəsilə olduqlarını sözlərinə əlavə edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...