Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
21-blog-post-image-20150705005411

Kanadalı müsəlmanlar xoşbəxtdir – SORĞU

Share Button

Kanadadan müsəlmanlarla bağlı sorğu… Kanadada keçirilən sorğunun nəticələrinə görə, ölkədə yaşayan müsəlmanların Kanadaya daha geniş […]

Kanadadan müsəlmanlarla bağlı sorğu…

Kanadada keçirilən sorğunun nəticələrinə görə, ölkədə yaşayan müsəlmanların Kanadaya daha geniş miqyasda inteqrasiya olmalarına baxmayaraq, dini və mədəni ayrı-seçkilik mövzusunda narahatlıqlarının davam etdiyi qeyd edilib.

“Din.az” xəbər verir ki, Torontoda yerləşən “Environics Institute” adlı sosial araşdırmalar mərkəzi öldə daxilində yaşayan 600 kanadalı müsəlman arasında həyata keçirilən “Kanadada Müsəlmanlar-2016” sorğusunun nəticələri açıqlanıb. Mərkəz tərəfindən keçən ilin noyabr ayında başlanan və fevral ayında tamamlanan sorğuya görə, müsəlman kanadalıların böyük əksəriyyətinin ölkəyə bağlı olduqları bildirilib. Ona görə də, 2006-cı ildə kanadalı müsəlmanların 73 faizi kanadalı olmaqdan “çox qürur” duyurdusa, bu dəfəki nisbət isə 83 faiz olub. Müsəlman olmayan kanadalıların isə 73 faizi kanadalı olmaqdan qürur hissi duyub.

Gənclər daha dindardır.

Sorğunun nəticələrinə görə, gənc yaşda olan müsəlmanların dinə bağlılığı özlərindən yaşca böyük olan insanlardan daha çox olduğu, həmçinin eyni yaş qrupunda olan gənclərin dini ayrı-seçkiliklə əlaqədar narahatlıq yaşadıqları və daha pessimist olduqları qeyd edilib.

10 il əvvəl aparılan eyni araşdırmanın davamı olaraq keçirilən sorğunun nəticələri, müsəlman kanadalıların daha da Kanada cəmiyyətinə geniş miqyasda inteqrasiya olduğu şəklində qiymətləndirilib.

Kanadalı müsəlmanlar ayrı-seçkilikdən narahatdır.

Araşdırmaya görə, müsəlman kanadalıların 30 faizi son 5 ildə dininə, etnik mənşəyinə və ya mədəni dəyərlərinə görə ayrı-seçkilik yaşadığını ifadə edərkən, əslində bu nisbətin göstəricilərdən daha yüksək olduğu görünüb. Ona görə də, cəmiyyətdə yaşanan ayrı-seçkilik və müsəlmanlara qarşı sərgilənən davranışlar ən əhəmiyyətli problem olaraq önə çıxıb. Araşdırmada iştirak edənlərin 62 faizi müsəlmanlara qarşı ayrı-seçkiliyə görə narahatlıq duyduğunu, 35 faizinin son 5 ildə ayrı-seçkilik və ya haqsız davranışa məruz qaldığını, digər 35 faizi isə bir sonrakı nəsil müsəlmanların daha çox ayrı-seçkiliyə uğrayacağını ifadə edib.

Bundan başqa, sorğuya görə, Kanadada 2006-ci ildə müsəlman qadınlar arasında hicab taxanlar 38 faiz idisə, 2016-cı ilsə bu nisbət 48 faizə çataraq 10 bal yüksəliş göstərib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top