Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kannda müsəlman qadınlarının çimərlik paltarı qadağan olundu

“Burkini” ilə çimərliyə giriş qadağan olundu…

Kann şəhərinin rəhbərliyi “burkini” adlanan ənənəvi müsəlman qadınlarının çimərlik paltarlarına qadağa qoyub.

“Din.az” xəbər verir ki, bu barədə Trend Fransanın “La Libération” qəzetinə istinadən xəbər verir.

Qadın bədənini tam örtən “burkini”də bundan sonra Kann çimərliklərinə giriş artıq qadağandır.

Hakimiyyət orqanları hesab edirlər ki, dini mənsubluğu nümayiş etdirən çimərlik paltarları Fransanın terrorçular üçün hədəfə çevrildiyi zaman ictimai intizamın pozulmasına səbəb ola bilər.

Daha əvvəl İsveçrənin Bazel şəhərində “burkini”də ictimai hovuzlardan istifadə etməyə qadağa qoyulub.

Nigella-Lawson-in-her-bur-007

nig3_grande

burkini_05

7410520

5CB7D00E-0402-470F-9D33-EA7B3C196272_w987_r1_s

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...