Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KARELİYA RESPUBLİKASINDA İLK MƏSCİDİN TƏMƏLİ ATILDI

Artıq Kareliyada yaşayan müsəlmanların da məscidləri olacaq.

Rusiyanın Kareliya Respublikasındakı müsəlmanların da məscidi olacaq.
Din.az bildirir ki,tezliklə Rusiya Federasiyasının Kareliya Respublikasında yaşayan müsəlmanların da məscidləri olacaq. Buna qədər isə regionda yaşayan müsəlmanların dini məbədi olmayıb.

Hazırda yerli İslam İcmasının üzvləri Petrozavodsk şəhərindəki kiçik ibadət evində toplaşmaq məcburiyyətindədirlər.

Maraqlıdır ki, gələcək məscidin təməlinə ilk daş atma mərasimində respublika başçısı Artur Parfençikov və adıçəkilən şəhərin meri İrina Miroşnik də iştirak edib.

Onlar qeyd ediblər ki, Kareliya müsəlmanları artıq uzun illərdir ki, məscidin tikiləcəyini gözləyir, lakin indiyədək tikintiyə başlamağa mane olan bəzi səbəblər var idi.

Məscidin tikintisinin 2018-ci ildə başladılması planlaşdırılır. Məscid 3-4 il ərzində istifadəyə veriləcək. //  İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...