Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Katolik din xadimi cinsi zorakılıqda ittiham olunub

Arxiyepiskop oğlan uşaqlarına qarşı cinsi zorakılıq aktı törədib.

Avstraliya məhkəməsi katolik arxiyepiskop Filip Vilsonu uşaqlara qarşı cinsi zorakılıq törətməkdə günahkar bilib.

Din.az xəbər verir ki, dünyada ən yüksək statusa sahib xristian din xadimlərindən biri hesab edilən Adelayde arxiyepiskopu Vilson 1970-ci illərdə Yeni Cənubi Uels ştatında oğlan uşaqlarına qarşı cinsi zorakılıq aktı törədib. Filip Vilson məhkəmə zamanı haqqında irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, 67 yaşlı Vilsona Alzheimer diaqnozu qoyulub və din xadiminin vəkili bu arqumentlə məhkəmədə onun bəraət qazanmasına çalışıb. Filip Vilson iyun ayında həbs ediləcək və onu azı 2 il həbs cəzası gözləyir. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...