Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Katolik kilsəsində növbəti pedofiliya istefası

Baş yepiskopu Filip Vilson istefa verdi.

Vatikan pedofiliya qalmaqalına görə növbəti yüksək rütbəli din xadiminin istefasını qəbul edib.

Din.az xəbər verir ki, Avstraliyanın Adeleyd şəhərinin baş yepiskopu Filip Vilson istefa verib. O, 1970-ci illərdə Sidneydə rahib Cim Fletçerin uşaqlara qarşı törətdiyi cinsi zorakılıq faktlarını gizlətməkdə ittiham edilir. Vilson barədə may ayında məhkəmədə hökm oxunmuş, onun günahkar olduğu elan edilmiş, 12 ay müddətinə nəzarətdə saxlanılmasına qərar verilmişdi. Rahib Cim Fletçer isə 2004-cü ildə pedofiliya ittihamı ilə həbs edilmiş, 2006-cı ildə dünyasını dəyişmişdi.

Qeyd edək ki, ötən həftə ABŞ-da pedofiliyada ittiham edilən kardinal Teodor Makkarrik Vatikana istefasını təqdim etmişdi. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...