Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Katolikos: Ermənistandakı mitinqlər üsyanın əlamətidir

“Üsyanın səbəbi nə olursa olsun, ermənilərin qanının müqəddəs erməni torpağına tökülməsi bağışlanmazdır”.

Erməni kilsə xadimi: “Erməni qanının müqəddəs erməni torpağına tökülməsini bağışlamayacağıq”

Erməni xalqının problemləri birlikdə müzakirə edilməlidir və bütün bunlar Ermənistan prezidentinin himayəsi altında həll olunmalıdır.

Din.az bildirir ki, bu sözləri Kilikiya katolikosu I Aram Cilicia TV-yə verdiyi müsahibədə bildirib. Katolikosun sözlərinə görə, bütün bunlar qarşılıqlı anlaşma şəraitində yoluna qoyulmalıdır.

“Hazırda Ermənistan narahatdır. Və biz hamımız da bundan narahatıq. Ermənistanın çiçəklənməsi və güclənməsi bizim qarşımızda duran vəzifə və borcdur. Erməni xalqının qayğıları bizim qayğılarımızdır. Ona görə də biz xalqımızın problemlərinə biganə qala bilmərik” — deyə I Aram bildirib.

O qeyd edib ki, bu gün Yerevan küçələrində baş verənlərə biganə qalmaq olmaz. Katolikosun sözlərinə görə, yalnız xalq güc və əbədiyyətə zəmanət verə bilər.

“Bu xalq isə biz hamımızıq: istər prezident, yaxud baş nazir olsun, istər kilsə xadimi və kilsə xadimi olmayan olsun, istərsə də tələbə və adi adam” — deyə katolikos bildirib.

I Aram, həmçinin bildirib ki, bütün ermənilərin ana vətənə bağlı olduğunu düşünür. Onun sözlərinə görə, dövlət xadimləri onları seçən insanlar qarşısında məsuliyyət daşıyırlar.

Erməni Apostol kilsəsinin Kilikiya katolikosluğunun başçısı əmindir ki, xalq ölkədə baş verənləri izləməyə məhkumdur. Eyni zamanda zərurət olduğu halda xalqın öz narazılığını sivil şəkildə ifadə etmək hüququ var.

Katolikosun sözlərinə görə, son günlər Ermənistanda baş verən mitinqlər üsyanın əlamətidir.

“Üsyanın səbəbi nə olursa olsun, ermənilərin qanının müqəddəs erməni torpağına tökülməsi bağışlanmazdır” — deyə I Aram bildirib.

I Aram bu gün Ermənistana gəlib və elə bu gün də Antiliasa (Livan) qayıdacaq. Bəzi mənbələr erməni kilsə xadiminin Ermənistanda baş verənlərin səbəblərini öyrənmək və problemin həllinə yardım etmək məqsədilə səfər etdiyini bildirib. Erməni kilsəsinin baş verənlərlə əlaqədar kimin tərəfini tutacağı I Aramın mövqeyindən də xeyli dərəcədə asılıdır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...