Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kəbə imamının yeni fətvası – “Musiqi müqəddəsdir” – VİDEO

“Mahnı oxumağın müqəddəsliyini gördüm və fikrimi dəyişdim”.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbə evinin imamı Adil əl-Kəlbani musiqi ilə bağlı fikirlərini dəyişdiyini bildirib.

Din.az bildirir ki, Kəbə imamı bundan əvvəl haram olduğunu söylədiyi musiqi ilə əlaqədar bildirib ki, musiqinin haram olduğuna dair bir dəlil yoxdur: “Mahnı oxumağın müqəddəsliyini gördüm və fikrimi dəyişdim. Problem nədir?”

Televiziya verlişində Səudiyyə Ərəbistanının gündəmini dəyərləndirən əl-Kəlbani namazda sürəni uzun oxuması iradlarına isə belə cavab verib: “Bu yalandır. Mən yalnız uzun surərələri iki hissəyə bölüb hər rəkətdə biraz oxuyuram. Peyğəmbər 100 ayə oxuyardı”.

Xatırladaq ki, Kəbə imamı Adil əl-Kəlbani bundan əvvəl Səudiyyə Ərəbistanında kartoynama festivalında iştirak etmiş və kart oynamışdı. / İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...