Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kəbə yaxınlığında cadugər yaxalandı -Foto+Video

Səudiyyə Ərəbistanında okkultizm cinayət hesab edilir.

Məkkədə hüquq-mühafizə orqanları Kəbə yaxınlığında- Məscid -ul-Həramda sehrbazlıq əşyaları olan bir sehrbaz yaxalayıblar.

Din.az-ın Moderator.az-a istinadən verdiyi xəbərə görə, həmin şəxs həyat yoldaşı ilə birgə cadu ilə məşğul olub.

Səudiyyə Ərəbistanında okkultizm cinayət hesab edilir. Hadisə yerində çəkilən videoda bir neçə şeyxin tutulan şəxsin əlindən alınan əşyalarla edilmiş “cadunun neytrallaşdırmasıyla” məşğul olduğu görünür.

Hadisə media məkanında böyük rezonans yaradıb. Səudiyyə KİV-in verdiyi məlumata görə, yaxalanan cadugərlər(?) sufi təriqətlərindən birinə mənsub olduğu iddia edilən Sudan vətəndaşlarıdır. Onlar Məkkəyə ümrə (kiçik həcc) ziyarətini yerinə yetirmək üçün gəldiklərini bildiriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...