Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kəbədə aparılan təmizlik işləri hamıda təəccüb doğurdu – VİDEO

Kədədə sədəqə ilə aparılan təmizlik işləri …

Hər il milyonlarla müsəlmanın ziyarət etdiyi Kəbədə təmizlik işləri adi üsullarla aparılır.

Səudiyyə rəhbərliyinin Kəbədə insan qüvvəsilə həyata keçirdiyi təmizlik işləri mübahisələrə səbəb olub.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, Səudiyyəlilərin hər il milyardlarla dollar gəlir əldə etdiyi həcc və ümrə sektorunda işləyən təmizlik işçiləri Əfqanıstan, Hindistan, Pakistan, Şri Lanka, Yəmən və Misir kimi ölkələrdən gələn şəxslər tərəfindən seçilir. Yoxsul hacılardan seçilən təmizlik işçiləri hacıların verdikləri sədəqələr qarşılığında Kəbənin təmizliyi ilə məşğul olurlar.

Tavaf sahəsində irəlidə gedən bir qrup yerə yuyucu maddə tökür, arxadan gələnlər həmin maddəni əllərindəki alətlə silir, başqa qrup isə əllərindəki qırmızı lentlərlə insanlara təmizlik sahəsindən uzaq dayanmalarını işarə edirlər.

 

Məvacib almadan könüllü sürətdə işləyən bu işçilər müəyyən müddətə təmizlik şirkətləri tərəfindən işə qəbul edilirlər. Bu iş qarşılığında yalnız Kəbənin təmizliyi ilə məşğul olan heyətə şirkət tərəfindən heç bir ödəniş edilmir, onlara yalnız ümrə və həcc edən müsəlmanlar sədəqə verirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...