Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kəbədəki Osmanlı mirası yerinə qaytarıldı – FOTO

Səudiyyəlilər, Ərdoğana verdikləri vədi yerinə yetirdilər…

4 il bundan əvvəl “ibadət sahəsini genişləndirmək” məqsədi ilə Kəbədən çıxarılan Osmanlı sütunlu eyvanlar tarixi yerlərinə qaytarılıb.

“Din.az” xəbər verir ki, Kəbənin təvəf sahəsini genişləndirmək üçün 2012-ci ildə çıxarılan sütunlu eyvanların böyük hissəsi, əvvəlki yerlərindən 20 metr geriyə bərpa edilərək yerinə qoyulub.

Memar Sinan tərəfindən tikilən və 500 il Kəbəni əhatə edən sütunlu eyvanlar, tikinti bitdikdə Kəbənin ətrafında hilal formasında olacaq.

Qeyd edək ki, Səudiyyə hökuməti, 5 il əvvəl nəhəng otellərin kölgəsində qalan Kəbəni genişləndirmək qərarına gəlmiş, lakin bu qərar etirazlara səbəb olmuşdu. O dövrdə baş nazir olan R.T.Ərdoğan, Səudiyyə Ərəbistanına səfəri zamanı kral Abdullah bin Əbdüləziz əs-Səudla görüşərək sütunlu eyvanların yenidən yerinə qoyulması vədini almış, bundan sonra sütunlu eyvanların bərpası işi “Bin Laden Group” tərəfindən türk firmalarından birinə tapşırılmışdı.

700x281229_ramazanu_1

Osmanlirevaklaric

kabedeki-osmanli-revaklari-monte-edildi

DfST08p3rjG1vhlvI4ot-768x432

1430842981609

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...