Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı – FOTOLAR

Hər il olduğu kimi 15 Zilqədə gecəsi Kəbə örtüyünü 3 metr yuxarı qaldıraraq Həcc hazırlıqlarına başlayıb.

Məscidi-Haram İşləri Rəhbərliyi Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi 15 Zilqədə gecəsi Kəbə örtüyünü 3 metr yuxarı qaldıraraq Həcc hazırlıqlarına başlayıb. 

Din.az “A24.az”-a istinadən bildirir ki, Kəbə Örtüyü fabrikinin baş direktoru Məhəmməd Abdullah məsələ ilə bağlı danışarkən bunun örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edildiyini bildirdi. Bir çox insanın Kəbə örtüyünə toxunmaq və bəzilərinin örtükdən bir parça kəsmək istədiyini qeyd edən Abdullah bu halların qarşısını almaq məqsədilə Kəbə örtüyünün yuxarı qaldırıldığını və Kəbənin həmin hissəsinin 47 metrlik ağ parça ilə örtüldüyünü bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...