Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı – VİDEO

Kəbənin açıq qalan hissələri isə ağ örtüklə bağlanıb.

Həcc mövsümünün başlamasıyla əlaqədar hər il olduğu kimi Kəbənin üzərindəki örtük 3 metr yuxarı qaldırılıb.

Din.az xəbər verir ki, bu barədə Məscidi Nəbəvi və Məscidi Haram İşlər Nazirliyi açıqlama verib.

Kral Abduləziz sarayının müavini Ahmed bin Muhamməd Al Mansuri mütəxəssis və sənətkarlara müraciət edərək onlardan Kəbənin üzərində örtüyün təmiz olması üçün diqqətli şəkildə işləmələrini xahiş edib. Kəbənin açıq qalan hissələri isə ağ örtüklə bağlanıb.

Qeyd edək ki, Kəbənin örtüyü Həcc mövsümünün rəsmi şəkildə başladığını elan etmək və zəvvarlarınörtüyə zərər verməsinin qarşısını almaq üçün hər il 3 metr yuxarı qaldırılır. Builki Həcc mövsümü isə avqustun 19-24-ə kimi davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...