Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

KEÇMİŞ FUTBOLÇU ŞAHZADƏ SEVGİLİSİ ÜÇÜN MÜSƏLMAN OLDU – FOTOLAR

Sevdiyi qız üçün dinini dəyişdirərək müsəlman oldu.

Malayziyada Johor Xanədanının şahzadəsi Tunku Tun Əminə İsgəndəriyyə əvvəllər maniken və futbolçu olan hollandiyalı Dennis Muhəmməd Abdullahla evlənib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, toy mərasimi avqustun 14-də keçirilib. Malayziyalı şahzadənin 31, keçmiş model və futbolçu olan Dennisin isə 28 yaşı var. Qeyd edək ki, Dennis Muhamməd Abdullah sevdiyi qız üçün dinini dəyişdirərək müsəlman olub.

Şahzadənin rəsmi toy mərasimi xalqa açıq şəkildə nümayiş etdirilib və 1200 malayziyalı iştirak edib. Johor Bahru şəhərinin Dataran Bandaraya meydanına toplaşan insanlar isə toy mərasimini nəhəng ekranlardan izləyiblər.

Şahzadə Tunku Tun İsgəndəriyyə Johor Sultanı İbrahim İsmayılın 6 övladından biri və yeganə qızıdır. Toy mərasimində gənc şahzadə Malayziya adət-ənənələrinə görə, atasının razılığını və duasını alıb. Daha sonra yeni evli cütlüyün üzərinə su və düyü səpilib.
Amsterdam yaxınlığında Dennis Verbaas adı ilə dünyaya gələn bəy 2015-ci ildə dinini dəyişdirərək müsəlman olub. Johorda daşınmaz əmlak şirkətində işləyən Dennis Muhamməd Abdullah futbol karyerasından sonra Sinqapurda modellik edib.
3 ildir ki, bir-birini tanıyan cütlük Malayziyada kafelərdən birində tanış olublar.

Qeyd edək ki, Malayziyanın cənub hissəsində yerləşən Johor ölkədə ordusu olan yeganə əyalətdir. Bundan başqa Johor Xanədanı böyük bir sərvətə sahibdir. Odur ki, zərif ağ gəlinlik geyinən malayziyalı şahzadənin taxdığı ləl-cəvahirat və evlilik üzüyü diqqətlərdən yayınmayıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...