Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Kədərliyəm, kilsəmiz satışdadır, çünki insanlar artıq allaha inanmır”

Kilsə məscid olaraq xidmət göstərir.

Ziyarətçisiz qalan kilsələrin bəziləri restoran, bar, ev, ofis və ya idman meydançasına çevrilirlər. Bəzi binalar isə sökülür.

Din.az bildirir ki, Niderlanddakı kilsələrin gələcəyini araşdıran bir tədqiqatçı – Herman Wesselink – 2030-cu ilə qədər minə yaxın kilsənin ziyarətçilərinin azalması nəticəsində boşalacağını ehtimal edir.

Niderlandlı təhqiqatçıya görə, bunun əsas səbəbi əhalinin dinə münasibətindəki dəyişikliklərdir.

Wesselink son 50 ildə ölkə əhalisinin getdikcə kilsələrə daha az getdiyini qeyd edərək, getdikcə qocalan dindar əhalinin azalmağa davam edəcəyini və tezliklə yox olacağını da proqnozlaşdırıb.

50 il əvvəl, 1968-ci ildə Niderlandda 2 milyon 700 min katolik hər həftə kilsəyə gedirdi. 2016-cı ildə isə bu rəqəm 173 minə düşüb. 2030-cu ildə isə yalnız 63 min insanın hər həftə kilsəyə gedəcəyi gözlənir.

Wesselink gələcəkdə böyük şəhərlərdə bir neçə kilsənin açıq qalacağını, lakin daha kiçik əhalisi olan yerlərdəki kilsələrin əksəriyyətinin bağlanıb satılacağını deyir.

Niderlandın ictimai televiziya kanalı NOS-a görə bu problem yalnız katoliklərə təsir göstərmir. Protestant kilsələr də eyni çətinliklərlə üzləşdiklərinə görə bağlanmaqdadırlar.

“Xərclərimizi ödəməkdə çətinlik çəkirik”

Ölkənin mərkəzi cənubunda yerləşən Waalwijk şəhərindəki Sint Clemens kilsəsindən Anton van Diessen deyir ki, “kərədliyəm, kilsəmiz satışdadır, çünki insanlar artıq allaha inanmır”.

“Sadəcə mənim üşün deyil, camaat üçün də belədir. Onların şəxsi tarixlərinin bir hissəsi də yox olacaq. Burafa vəftiz, toy, yas mərasimi kimi bir çox tədbirlərdə birlikdə iştirak ediblər”, niderlandlı din xadimi izah edir.

Dindar əhalinin getdikcə azaldığını və dini icmaların kiçildiyini deyən van Diesen artıq kilsələrin yanacaq, siğorta və təmir xərclərinin ödənişi ilə bağlı çətinliklə üzləşdiklərini bildirir.

Van Diessen bu səbəblə Waalwijk şəhərindəki yerləşən 3 kilsənin yerli əhali üçün həddindən artıq çox olduğunu deyir.

1896-cı ildə inşa olunan və 70 metr hündürlüyündə bir qülləsi olan Sint Clemen kilsəsi 250 min avro qiymətinə satışdadır.

Kilsə məscid olaraq xidmət göstərir

Bəzi kilsələr isə qapılarını başqa dini icmalara açıblar. Bunlardan biri Layeh-dəki protestant Thomas kilsəsidir. Ziyarətçiləri olmadığına görə bu kilsə bir neçə il qapalı qalıb.

Müsəlmanlar tərəfindən alınan bu kilsə indi bir məsciq olaraq xidmət göstərir. Məscidin idarəçisi Robbert Mohammedamin, NOS telekanalına verdiyi müsahibədə bildirir ki, mərkəzi bir rayonda yerləşən və öz avtoparkı olan kilsəni aldığına görə məmnundur.

Kilsənin keçmiş keşişi David Schiethart da bu vəziyyətdən məmnundur. Binada insanların yenidən dua etmək üçün bir yerdə toplandığının sevindirici olduğunu hesab edən keşiş, “burada eşitdiyim mesaj, daha əvvəl bəyan edilən mesajlardan fərqli deyil” deyir.

Kilsə binasının satışı ilə məşğul olan əmlakçı Marten van der Meijde potensial alıcılarda böyük maraq olduğunu deyir.

Niderlandlı əmlakçıya görə, Amsterdam, Rotterdam və Lahey üçlüyündəki böyük şəhərlərdə kilsə binası qiymətləri 1,5-2 milyon avroya qədər yüksək olur.

Olduqca dəyərli binalar çoxməqsədli bir şəkildə istifadə edilə bilirlər. Kiçik şəhərlərdəki kilsələr isə daha ucuz satılır.

Bəzi yerlərdə hətta 100 min avro qiymətinə kilsə almaq mümkündür. / Milli.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...