Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
kerbala

Kərbəlaya getmək istəyən zəvvarlarımız aldadılıb – VİDEO

Share Button

280 manat pul ödəyən zəvvarlar səfər vaxtı çatanda ortada qalıblar…

Kərbəlaya getmək istəyən 100-dən artıq zəvvar aldadılıb.

“Din.az” Xəzər TV-yə istinadən xəbər verir ki, Kərbəla ziyarətinə getmək istəyən 100-dən artıq insan turizm şirkəti tərəfindən aldadıldıqlarını deyir.

Ziyarət üçün şirkətdə Mirzə adlı şəxsə 280 manat pul ödəyən zəvvarlar səfər vaxtı çatanda ortada qalıblar.

Onlar İran sərhədində onları aparacaq avtobusu gözləsələr də nəticə dəyişməyib.

Bundan sonra onlar əlavə pul xərcləyərək başqa avtobusla ziyarətə yollanıblar.

Ancaq çatanda aldadıldıqları dəqiqləşib. Qalmaqları üçün ayrıldığı bildirilən hoteldə də adları olmadığından əlavə xərc çəkib ziyarəti beləcə başa vurublar.

Məsələ ilə bağlı zəvvarları aldatdığı iddia edilən Mirzə adlı şəxslə əlaqə saxladıq.

O, iddiaları qəbul etməyib. Hətta pulunu aldığı şəxslərin hamısının ziyarəti başa vurduğunu dedi. Ancaq hansı pulla başa vurduqlarına toxunmadı. Çünki aldadılan şəxslər ödədikləri pulla yox, əlavə xərc çəkdiklərini deyirlər. Onların aldadılaraq ikiqat xərcə düşüb-düşmədiyini isə hüquq-mühafizə orqanları aydınlaşdıra bilər.

Qafqaz Müsəlmanları İdarəsindən isə bənzər hallar, o cümlədən regiondakı təhlükəli vəziyyət nəzərə alınaraq ziyarət arzusunda olanlara xəbərdarlıq edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top