Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kerri çıxışına “Selamun Aleykum” deyərək başladı

ABŞ 10 min suriyalını qəbul edəcəyi ilə bağlı verdiyi sözü tutacaq

ABŞ-ın xarici işlər naziri Con Kerri ilin sonuna qədər 10 min suriyalı miqrantı ölkəyə qəbul etmə hədəfini həyata keçirəcəklərini söyləyib.

Kerri çıxışına “Selamun Aleykum” deyərək başladı…

Kerri, Xarici İşlər Nazirliyində bir həftə sonra gec başlayan Ramazan bayramı çıxışına “Selamun Aleykum” deyərək başlayıb.

Ramazan bayramının mübarək olmasını diləyən Kerri, Suriyadakı insanlıq dramına toxunub.

10 min suriyalı qaçqın qəbul ediləcək…

Suriyada olan vətəndaşlara və digər ölkələrdəki suriyalı qaçqınlara yardımlarının davam edəcəyini deyən Kerri, “daha əvvəl də bildirdiyimiz kimi 10 min suriyalı qaçqını qəbul etmə hədəfimizi həyata keçirəcəyik. ABŞ, təhsil, sağlamlıq və qida ehtiyacları üçün 439 milyon dollar bağışlayacaq” deyə əlavə edib.

İstanbul, Dəkkə və Mədinədə törədilən terror hücumlarına görə bu il Ramazan bayramının səs-küylü qeyd olunduğunu dilə gətirən Kerri, terrora qarşı birlikdə hərəkət edilməsinin çağırışını edib.

Kerri, terroru lənətləmək və məsum insanlara qarşı yönələn hücumları qınamaq üçün birlikdə, çiyin-çiyinə durduqlarını söyləyərək, “Ədalətə və digər insanlara, özünə davranılmasını istədiyin kimi davranış məsuliyyəti hər birimizin məsuliyyətidir. Ölkəmiz ədalət və hörmət kimi ən bəsit insani dəyərlər üzərində qurulmuşdur” ifadələrini işlədib.

Proqrama, Vaşinqtonda yerləşən bir çox sayda yerli və əcnəbi diplomatlar, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri və amerikalı siyasətçilər qatılıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama, bu il 10 min suriyalı qaçqını öz ölkələrində qəbul edəcəklərini açıqlamışdı.

Obamanın bu planı ölkədə, xüsusilə də Respublikaçılar tərəfindən böyük bir etirazla qarşılanmışdı. Lakin ABŞ hələ ki min suriyalı qaçqını qəbul edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...