Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Keşiş İslama dəstək üçün hicab taxdı

Keşişin hərəkətləri Almaniya sosial şəbəkə mühitində səs-küyə səbəb olub.

Keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib.

Din.az-ın verdiyi xəbərə əsasən, pastor (protestant keşiş – red.) Volfranq Selmeyerin hərəkətləri Almaniya sosial şəbəkə mühitində səs-küyə səbəb olub. Belə ki, adıçəkilən keşiş islamofobiya və sağçı-radikallara etiraz əlaməti olaraq, birbaşa kilsədəki xütbəsi zamanı öz ənənəvi dini libasının üzərindən hicab geyinib.

Bildirilir ki, keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib. Veydel bu yaxınlarda demişdi ki, hicab geyinən müsəlman qadınlar Almaniyada nə inkişafa, nə də tərəqqiyə səbəb olacaqlar.

Protestan keşiş, görünür ki, Veydelin bu bəyanatı ilə razılaşmayıb və öz mövqeyini əyani şəkildə nümayiş etdirmək qərarına gəlib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...