Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Keşiş kilsədən oğurladığı 500 min avronu qumarda uduzdu

Keşiş kilsədən uzaqlaşdırılaraq qumar asılılığı müalicəsinə göndərilib.

Venesiyada bir keşiş çalışdığı kilsənin kassasından 500 min avro oğurlayaraq qumarda uduzub.

Din.az xəbər verir ki, Venesiyayanın Spine qəsəbəsində xidmət edən keşiş istirahətə ehtiyacı olduğunu bildirərək bir müddət kilsədən uzaqlaşıb. Keşişin kilsədən kənarlaşmasının həqiqi səbəbi isə aradan təxminən 2 il keçəndən sonra ortaya çıxıb.

Kilsə rəhbərliyi camaata əsl səbəbi açıqlamamışdan əvvəl keşişi kilsədən uzaqlaşdıraraq qumar asılılığı müalicəsinə başlanmasını təmin edib.

Keşiş haqqında istintaq açıldıqdan sonra kilsə rəhbərliyi də əsl səbəbi açıqlamaq məcburiyyətində qalıb.

Açıqlamaya görə keşişin patoloji qumar problemini müalicə etmək üçün xüsusi bir mərkəzdə müalicə olunduğu və vəzifəsinə qayıdacağı bildirilib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...