Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Keşiş: “Şeytan çaşdırdı”: italiyalı din adamı azyaşlı qıza təcavüz etdi

Keşiş əməlinə görə çox peşman olduğunu bildirib.

Öz avtomobilinda 11 yaşlı qıza təcavüz edən italiyalı keşiş deyib ki, onu “şeytan çaşdırıb” və qız onun gözünə azı “15 yaşlı” kimi görünüb.

Din.az xəbər verir ki, bununla bağlı “Corriere Fiorentino” nəşri məlumat yayıb.

Məlumatlara görə, 70 yaşlı Paolo Qlantentser ötən ay saxlanılıb. Araşdırmalar zamanı isə məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz edib.

İtaliya qəzetinə müsahibəsində o bildirib ki, əməlinə görə çox təəssüf edir.

“Düşünürdüm ki, onun azı 15 yaşı var”, – o əlavə edib.

Keşiş qeyd edib ki, o, özünü “İsa və Mariyaya tapşırıb”. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...