Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Keşişə 1 milyon dollar verildi

Sanni Varkeyin xeyriyyə fondu “dünyanın ən yaxşı müəllimi” titulunu təqdim etdi.

“Dünyanın ən yaxşı müəllimi” seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub.

Din.az xəbər verir ki, sözügedən mərasim Dubayda keçirilib.

Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.

36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.

Qeyd edək ki, hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu “dünyanın ən yaxşı müəllimi” titulunun təqdim edilməsinə 2015-ci ildən başlayıb.

Sözügedən mükafat həm də “Təhsil Nobeli” kimi tanınır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...