Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kikboks müəllimindən şəhid övladlarına ÇAĞIRIŞ

Federasiya şəhidlərimizlə bağlı tədbirləri diqqətdən kənarda qoymur.

Azərbaycan Kikboksinq Federasiyası ölkənin ictimai-sosial və idman həyatında fəallığı ilə seçilən qurumlarından biridir. Federasiya ölkə adına keçirilən tədbirləri yüksək səviyyədə təşkil edərək minlərlə idmançını öz ətrafında birləşdirib.

Bu gün federasiyanın idmançıları beynəlxalq yarışlarda üçrəngli bayrağımızı zirvələrə qaldırır, ölkəmizin adını uca tuturlar. Federasiya ölkədə vətənpərvərlik təbliğatına xüsusi önəm verir.

Federasiya şəhidlərimizlə bağlı tədbirləri diqqətdən kənarda qoymur. Qarabağ uğrunda sağlamlıqlarını itirən qazilərimiz yarışlara dəvət olunur, onlar fəxri fərmanlar, diplomlar təqdim edilir.

Bu yaxınlarda Qusar Olimpiya Kompleksində bir zamanlar Kikboksinq Federasiyasının idmançısı olmuş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş möhtəşəm tədbirin təşkili buna misaldır. Yarışda onlarla qazilərimiz iştirak edirdi. Qarşıda belə tədbirlərin keçiriləcəyi gözlənilir.

Federasiyanın prezidenti, millət vəkili Adil Əliyev açıqlamalarının birində əsas məqsədlərinin gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsi, tam fiziki və mənəvi hazırlıqlı əsgərlərin hazırlanmasını söyləyib.

Bu günlərdə Azərbaycan Kikboksinq Federasiyasının məşqçisi, Daxili İşlər Nazirliyinin kikboks üzrə baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev şəhid ailələrinin övladlarına çağırış edib. Özü Qarabağ döyüşlərinin fəal iştirakçısı olan Hakim Hacıyev elan verərək şəhid övladlarının məşqlərinin ödənişsiz olduğunu qeyd edərək: “Sizin haqqınız atalarınız tərəfindən ödənilib. Biz atalarınıza əbədi borcluyuq”, – deyə müraciətində bildirib. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...