Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kılıçdaroğlu hücumdan danışdı: “Geri addım atan deyiləm!” – VİDEO

Kılıçdaroğlu dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qaldı.

Ankarada Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qalan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hücumdan sonra tərəfdarlarına xitab edib. Türkiyənin ATV kanalının məlumatına görə, müxalifət lideri hücumu Türkiyənin birliyinə vurulan zərbə kimi qiymətləndirib və geri addım atmayacağını dilə gətirib.

“Heç kim unutmasın ki, quruluş və qurtuluş partiyasının sədriyəm. Daha əvvəl PKK-çıların hücumuna məruz qalmışdım. Yenə eyni hücuma məruz qaldım. Geri addım atacağımı düşünürlər, lakin belə olmayacaq. Bu ölkə üçün canını verəcək biri varsa, o da Kamal Kılıçdaroğludur. Hücumu həyata keçirənlərin şəhidə hörməti yoxdur. Onlar müsəlman deyillər. Şəhidə hörmətsizlik edildi, doğru-düzgün cənazə namazı qılınmadı”, – deyə partiya sədri bildirib.

***

Din.az bildirir ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb.

NTV telekanalının məlumatına görə, hadisə Ankara ətrafındakı qəsəbələrin birində hərbçinin dəfn mərasimində baş verib.

Bildirilir ki, bir qrup şəxs Kılıçdaroğlunun ünvanına sərt ifadələr işlədib, aqressiv hərəkətlər edib, ona yaxınlaşmağa cəhd edib. Lakin partiya liderinin mühafizə xidməti hücum edənlərin kənara itələyə bilib, bundan sonra Kılıçdaroğlu çətinliklə olsa da avtomobilə əyləşib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...