Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Kilsə ateist uşaqların müdafiəsinə qalxdı

“Belə ibadət yalnız şagirdlərin və valideynlərin istəyi ilə baş tuta bilər.”

Moskva patriarxatının Sinedal şöbəsinin KİV və ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətlisi Vaxtanq Kipşidze hesab edir ki, şagirdləri məktəbdə ibadətə vadar etmək yolverilməzdir.

Rus saytlarının yazdığına görə, bundan daha əvvəl Byanskda iki məktəb rəhbərliyi tədris ili başlamazdan əvvəl şagirdləri müqəddəs ayinə cəlb etməyi qərara alıblar. Bunun üçün nə şagirdlərdən fikir soruşulub, nə də valideynlərdən icazə alınıb.

Kipşidzenin fikrincə, belə ibadət yalnız şagirdlərin və valideynlərin istəyi ilə baş tuta bilər. Qeyri-pravoslavların isə ayinlərə cəlb olunması yolverilməzdir.

Bununla belə, səlahiyyətli şəxs məktəbdə ayrıca bir otaqda ibadət olunmasında da qanunazidd heç nə görmür. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...