Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kilsə divarında İsanın (ə) 1500 illik rəsmi tapıldı – FOTO

Kilsə xarabalıqlarında kəşf edilən rəsm …

İsrail ərazisindəki Nakab səhrasında Bizans dvöründən qalma bir kilsənin qübbəsinə çizilmiş İsa Peyğəmbərin portreti tapılıb.

Din.az bildirir ki, VI əsrə aid əsəri Hayfa universitetinin sənət tarixçiləri və arxeoloqları incələməyə başlayıblar. Kilsə xarabalıqlarında kəşf edilən rəsmdə İsa Peyğəmbərin üzü və qısa, qıvrım saçları görünür.

Alimlər qeyd ediblər ki, rəsmin tapılması çox önəmli kəşfdir. Qısa saçlı ikonoqrafiya sənəti Misir və Fələstində geniş yayılıb. Sonra isə Bizansa keçib. Mütəxəssislər bildirirlər ki, Qərbdəki uzun saçlı və saqqallı İsa təsvirinin əksinə olaraq, rəsmdə qısa saçlı, uzun sifətli və uzun burnu olan insan təsvir edilib.

Kembric universitetindən verilən açıqlamada deyilir ki, rəsmdə istifadə edilən rəng, texnika və materiallar inclənəcək. Rəsmin görünməyən hissəsi palçıq və toz altında qalıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...