Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kilsə İvanişvilinin namizədinə qarşı: Böyük şərdir

Kilsə: “Zurabişvili ölkədə marixuana istehsalı və satışını dəstəkləyir”.

Əminəm ki, Tanrı gürcü xalqının yanlış seçim etməsinə imkan verməyəcək.

Din.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Çkondid Yeparxiyasının rəhbəri mitropolit Pyotr Çaava deyib. O, gürcüləri prezident seçkisində hökumətin dəstəklədiyi namizəd Salome Zurabişviliyə səs verməməyə çağırıb.

Çaava həmçinin Zurabişvilinin “2008-ci ilin avqustunda Gürcüstan hökumətinin öz əhalisini bombardman etməsi” iddialarına da cavab verib:

“Bu bəyanat Kremlin ritorikasına bənzəyir. Gürcü xalqı heç vaxt fəth müharibələri aparmayıb. Bütün döyüşlərimizin hamısı Gürcüstan ərazisində olub. Gürcüstan ərazisində Gürcüstanın müharibə başlatmasını söyləmək böyük şərdir”.

Qeyd edək ki, Zurabişvili prezidentliyə müstəqil namizəddir. Onun namizədliyini bir müddət öncə Gürcü Arzusu Partiyası da dəstəklədiyini bildirib.

Zurabişvilinin namizədliyinə qarşı indiyə qədər ən böyük çıxışları eks-prezident Mixail Saakaşvili edib. O, Zurabişvilini hətta düşmən belə adlandırıb.

Son günlər Gürcüstan kilsəsi də Zurabişviliyə qarşı çıxıb. Kilsənin belə addım atmasına səbəb Zurabişvilinin ölkədə marixuana istehsalı və satışını dəstəkləməsi olub. Kilsə narkotik istehsalı və satışını ölkə gəncliyi üçün bəla adlandırıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...