Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kilsə müharibəsi: Ortodoks dünyasını çalxalayan qərar

Xristian dünyasında nələr baş verir?

Yunanıstan patriarxı I Bartolomey Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyini açıqlayıb.

Din.az xəbər verir ki, o, bu barədə Rusiya patriarxı Kirilə xəbərdarlıq edib.

Ukrayna Ortodoks Kilsəsinin baş yepiskopu Ustratius Yunanıstandakı Ukrayna kilsəsinə Rusiya yeparxiyasından ayrılmaq haqda fikirləşdiyini və İstanbuldakı görüşündə bu barədə Kirillə məlumat verdiyini deyib.

Qeyd edək ki, Ukrayna Ortodoks kilsələri uzun müddətdir Rusiya Ortodoks Kilsəsindən ayrılmaq və müstəqil Ukrayna kilsəsinin qurulmasını istəyir. Ukrayna Ali Radası da Yunanıstan yeparxiyasından Ukraynada müstəqil kilsə quruculuğuna kömək istəyib. Parlament artıq bununla bağlı qanun layihəsini də qəbul edib.

Qanun layihəsinin qəbul edilməsi Rusiya və Ukrayna arasındakı diplomatik böhranı bir qədər də gərginləşdirib. Yunanıstan yeparxiyasının isə Ukraynanın təklifinə müsbət cavab verməsi xristian dünyasına çaxnaşmaya gətirib çıxarıb.

Məlumdur ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna Ortodoks Kilsəsi 3 yerə bölünüb. Bunlardan biri 1500-cü illərdən etibarən Moskva Patriarxlığına bağlı olan Kiyev Arxiyepiskopluğudur. Rusiyadan tamamiləm ayrılmağı müdafiə edən ukraynalı din adamları isə müstəqil Kiyev Patriarxlığı və Ukrayna Otesefal Ortodoks Kilsəsini qurdular.

1992-cü ildən Ukrayna kilsəsinin müstəqillik tələbləri tez-tez gündəmə gəlsə də, Rusiya bu tələbləri yerinə yetirməkdən imtina edir. Ortodoks dünyasının qəyyumu iddiasında olan Rusiya Ukrayna kilsələrinin bu tələblərinin siyasi xarakterli olduğunu bildirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...