Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kilsə rus qızlara çinlilərə ərə getməyi məsləhət gördü

Kilsə: “Ər tapa bilməyən qadınlar axtarışlarını xaricdə aparsınlar”.

Rusiya Pravoslav Kilsəsi Rusiyada özünə ər tapa bilməyən qadınlara axtarışlarını xaricdə aparmağı məsləhət görüb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, kilsənin adından bu fikirləri Moskva və Bütün Rus Patriarxlığının Ailə Məsələləri, Analığın və Uşaqlığın Qorunması Komissiyasının rəhbəri baş rahib Dmitri “Radonej” radiosuna müsahibəsində deyib. Bunun üçün Dmitri hətta Çini məsləhət görüb və bu ölkədə çoxlu sayda subay kişinin olduğunu bildirib.

O, qadınların özlərinə ər axtarmasıyla bağlı heç bir problem yaradılmaması gərəkdiyini söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...