Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kilsədə atışma: ölən və yaralanan var

Selmon-Arm şəhərində kilsədə atışma baş verib.

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Selmon-Arm şəhərində kilsədə atışma baş verib.

“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, nəticədə bir nəfər həlak olub.

“Gənc kişi tüfənglə kilsəyə girdi və bir insanı nişan alaraq atdı. O, mənim atam idi”, – həlak olan şəxsin oğlu bildirib.

78 yaşlı Qordon Parmenter hadisənin qurbanı olub.

Parmenterin oğlunun sözlərinə görə, atəşdən sonra kişi kilsədən çıxıb, sonradan qayıdaraq güllələməyə davam edib. Nəticədə bir nəfər yaralanıb. Şübhəli şəxs saxlanılıb.

Həlak olan şəxsin oğlunun sözlərinə görə, onun atası və silahı tanış idilər. Silahlı şəxsin psixi problemləri var idi, ancaq hücumun motivi məlum deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...