Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kilsədə silahlı ibadət keçirildi – böyük qalmaqal – VİDEO – FOTO

“Mömin”in qatıldığı bu ibadət ABŞ-da böyük qalmaqal yaradıb.

ABŞ-ın Pensilvaniya ştatındakı Nyufandlund şəhərində yerləşən “World Peace and Unification Sanctuary” (Dünya Sülh və Unifikasiya Müqəddəsliyi) kilsəsində odlu silahları ilə gəlmiş “mömin xristianlar” üçün moizə oxunub, ibadət mərasimi keçirilib.

Din.az Milli.Az-a istinadən bildirir ki, Cənubi Koreyada yaradılmış Birləşmə Kilsəsinin (Unification Church) rəhbəri Mun Son Mönin oğlu Hyun Çin Munun rəhbərlik etdiyi bu kilsədə dünən keçirilmiş ibadətə qatılanların əksəriyyətində AR-15 yarımavtomatik tüfəng vardı.

Floridadakı məktəbdə şagirdlərlə müəllimləri atəşə tutmuş Nikolas Kruz da bu silahdan istifadə etmişdi.

Hyun Çin Mun hesab edir ki, silah Zəburda İoannın bəhs etdiyi “dəmir əsa”nın müasir variantıdır.

“Əgər kiminsə AR-15 tüfəngi yoxdursa, ibadətə başqa silahla gəlməlidir. Silahı olmayanlar isə 700 dollarlıq sertifikat gətirməlidir. Bu sertifikat onların tüfəng almaq niyyətlərinə dəlalət edəcək”, – keşiş Hyun Çin Mun deyib.

İbadətdəki silahların hamısının patronsuz olması tələb olunub.

Yüzlərlə silahlı “mömin”in qatıldığı bu ibadət ABŞ-da böyük qalmaqal yaradıb. Kaliforniya ştatında sözügedən kilsənin belə əcaib və təhlükəli ibadətlərinə son qoyulması tələbi ilə aksiyalar keçirilib.

 

https://daytube.az/az/videos/63286/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...