Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kilsənin baş keşişi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədrinin ayağını yudu – FOTO

Müxtəlif dinlərin nümayəndələrinin “ayaq yuma” mərasimi təəccüb doğurdu.

Din.az xəbər verir ki, Gürcüstanda Yevangilis-Baptis Kilsəsinin mərkəzi qərargahında cümə axşam mərasimi qeyd olunub. Mərasim məsihi inancına görə, İsa (ə) peyğəmbərin son gecəsi hesab olunur.

Mərasimdə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov da iştirak edib.

Tədbirdə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə keçirilən “ayaq yuma” mərasimi diqqət çəkib. Baş keşiş qonaqların, o cümlədən Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov və onunla gələn müsəlmanların ayaqlarını yuyub.

Qeyd edək ki, yevangilistlər baptizmə yaxın olmaqla yanaşı protestantlığın bir qoludur.

Onu da qeyd edək ki, “ayaq yuma” mərasimi “İohannın İncili”ndə bir rəvayətə əsaslanır. Rəvayətdə qeyd edilir ki, İsa Peyğəmbər (ə) öz tələbələrinin ayağını yuyub. Həmçinin “ayaq yuma” mərasimi xristianların demək olarki, bütün firqələrində mövcuddur. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...